"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No–12, maddə 740; 2002-ci il, No–12, maddə 706; 2003-cü il, No–1, maddə 23, No–8, maddə 428, No–12, I kitab, maddələr 676, 698; 2005-ci il, No–1, maddə 1, No–6, maddə 462, No–8, maddə 684, No–10, maddələr 873, 905; Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1030-IIQD nömrəli, 2006-cı il 3 mart tarixli 79-IIIQD və 82-IIIQD nömrəli qanunları) 18-ci və 19-cu maddələrinin adlarında “və nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsi” sözləri “, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 may 2006-cı il
No– 110-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU