"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No–8, maddə 603) aşağıdakı əlavələr edilsin:
1. 8.0.2-ci maddədə “şəhadətnamələr” sözündən sonra “, mənzil sertifikatı” sözləri əlavə edilsin.
2. 17.3-cü maddədə “sənəddir” sözü “sənəd mənzil sertifikatıdır” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 may 2006-cı il
No– 111-IIIQD
Fayl şəklində yüklə

