Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 7, maddə 443) 72-ci maddəsinin ikinci-onbirinci abzaslarında və 73-cü maddəsinin ikinci-səkkizinci abzaslarında “aylıq gəlirin vergi tutulmayan məbləğinin” sözləri “minimum aylıq əmək haqqının” sözləri ilə əvəz edilsin.
II. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No–8, maddə 520; 2004-cü il, No–5, maddə 314; 2005-ci il, No–2, maddə 62) aşağıdakı dəyişikliklər edilsin:
18.5-ci maddədə “aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,3 faizi” sözləri “şərti maliyyə vahidinin 5 faizi” sözləri ilə əvəz edilsin;
18.7-ci maddədə “hər kvadratmetrinə görə aylıq gəlirin vergi tutulmayan məbləğindən faizlə” sözləri “hər 100 (yüz) kvadratmetrinə görə şərti maliyyə vahidinin misli ilə” sözləri ilə əvəz edilsin;
18.9-cu maddədə “aylıq gəlirin vergi tutulmayan məbləğinin 50 faizi” sözləri “şərti maliyyə vahidinin 10 misli” sözləri ilə əvəz edilsin.
III. Bu Qanunun I hissəsi 2006-cı il yanvarın 1-dən, II hissəsi dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2006-cı il
No– 116-IIIQD
Fayl şəklində yüklə

