"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No– 11, maddə 1003) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 1-ci maddədə “568.241.500,0” rəqəmi “589.481.200,0” rəqəmi ilə əvəz edilsin.
2. 2-ci maddədəki cədvəlin 1-ci bəndində (Məcburi dövlət sosial sığorta haqları) “400.741.500,0” rəqəmi “421.981.200,0” rəqəmi ilə, 1.1-ci bəndində (büdcədən maliyyələşən təşkilatlar üzrə) “124.724.500,0” rəqəmi “134.615.400,0” rəqəmi ilə, 1.2-ci bəndində (büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə) “17.017.000,0” rəqəmi “18.365.800,0” rəqəmi ilə, 1.4-cü bəndində (digər sığortaedənlər üzrə) “248.000.000,0” rəqəmi “258.000.000,0” rəqəmi ilə əvəz edilsin.
3. 3-cü maddədəki cədvəlin 1-ci bəndində (Əhaliyə ödənişlər, cəmi) “534.520.000,0” rəqəmi “552.654.700,0” rəqəmi ilə, 1.1-ci bəndində (əmək pensiyalarının ödənilməsinə, cəmi) “512.000.000,0” rəqəmi “529.504.700,0” rəqəmi ilə, həmin bənddə “əmək pensiyalarının baza hissəsinə” sətrində “422.000.000,0” rəqəmi “439.504.700,0” rəqəmi ilə, 1.2-ci bəndində (məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, cəmi) “22.520.000,0” rəqəmi “23.150.000,0” rəqəmi ilə, 6-cı bəndində (Əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması xərcləri, cəmi) “8.080.000,0” rəqəmi “8.674.000,0” rəqəmi ilə, 6.2-ci bəndində (əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkilinə) “1.000.000,0” rəqəmi “1.070.000,0” rəqəmi ilə, 6.3-cü bəndində (əlillərə maddi və texniki yardımın təşkilinə) “280.000,0” rəqəmi “570.000,0” rəqəmi ilə, 6.4-cü bəndində (əlillər üçün mənzil tikintisinə) “5.100.000,0” rəqəmi “5.334.000,0” rəqəmi ilə, 7-ci bəndində (Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri) “7.495.500,0” rəqəmi “8.495.500,0” rəqəmi ilə, 10-cu bəndində (Sığortaolunanların fərdi uçot sisteminin tətbiqi ilə bağlı xərclərə) “900.000,0” rəqəmi “1.270.000,0” rəqəmi ilə əvəz edilsin.
4. 3-cü maddədəki cədvəlin 1.2-ci bəndinə aşağıdakı redaksiyada yeddinci və səkkizinci abzaslar əlavə edilsin:
“Ermənistan Respublikasının müəssisələrində
əmək xəsarətinə görə ödənc alan qaçqın
statuslu zərərçəkənlərə 500.000,0;
ləğv olunmuş kolxoz və sovxozlarda əmək
zədəsi alanlara 130.000,0”.
5. 3-cü maddədəki cədvələ aşağıdakı məzmunda 11-ci bənd əlavə edilsin:
“11. Pensiya islahatları layihəsində Azərbaycan
tərəfinin payı və Azərbaycan Respublikası Hökuməti
ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında
imzalanmış “Milli sosial müdafiə sisteminin inkişafı
və milli məşğulluq strategiyası üzrə nəzərdə tutulmuş
fəaliyyətlərin həyata keçirilməsi” layihəsi üzrə Azərbaycan
Hökuməti tərəfindən 2004-2005-ci illər ərzində ayrılan
vəsaitin beş faizi həcmində borc qalığı 1.141.000,0”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2006-cı il
No– 118-IIIQD
Fayl şəklində yüklə

