Gürcüstan ərazisindən çıxarılan hərbi yüklərin Azərbaycan Respublikasının ərazisi vasitəsi ilə Rusiya Federasiyasının ərazisinə tranzit nəqlinə dair Notalar Mübadiləsinin təsdiq edilməsi haqqında
Gürcüstan ərazisindən çıxarılan hərbi yüklərin Azərbaycan Respublikasının ərazisi vasitəsi ilə Rusiya Federasiyasının ərazisinə tranzit nəqlinə dair Notalar Mübadiləsinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Gürcüstan ərazisindən çıxarılan hərbi yüklərin Azərbaycan Respublikasının ərazisi vasitəsi ilə Rusiya Federasiyasının ərazisinə tranzit nəqlinə dair 2006-cı il aprelin 21-də Moskva şəhərində həyata keçirilmiş Notalar Mübadiləsi təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2006-cı il
No– 120-IIIQ
Fayl şəklində yüklə

