Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyalarının tərkibində dəyişikliklər haqqında
Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyalarının tərkibində dəyişikliklər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Milli Məclisinin yeni seçilmiş deputatları Milli Məclisin aşağıdakı daimi komissiyalarının tərkibinə daxil edilsinlər:
Hikmət İsmayıl oğlu Atayev | Sosial siyasət daimi komissiyası, |
Rafael Kamil oğlu Cəbrayılov | Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası, |
Asəf Hacı oğlu Hacıyev | Elm və təhsil məsələləri daimi komissiyası, |
Fəzail Feyruz oğlu İbrahimli | Regional məsələlər daimi komissiyası, |
İlyas Abbas oğlu İsmayılov | İnsan hüquqları daimi komissiyası, |
Məcid Zahid oğlu Kərimov | Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası, |
Rafiq Musa oğlu Məmmədhəsənov | Elm və təhsil məsələləri daimi komissiyası, |
Bəxtiyar Yusif oğlu Sadıqov | Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası, |
Baba Əli oğlu Tağıyev | Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası, |
Əhməd Abdulkərim oğlu Vəliyev | Elm və təhsil məsələləri daimi komissiyası. |
2. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pənah Çodar oğlu Hüseyn Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvlüyündən azad edilərək, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü seçilsin.
Azərbaycan Respublikası Milli Məclisinin sədri
O.Əsədov
Bakı şəhəri, 2 oktyabr 2006-cı il
No– 125-IIIQR
Fayl şəklində yüklə