Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi ruplarının

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi ruplarının
tərkibində dəyişikliklər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Milli Məclisinin yeni seçilmiş deputatları parlamentlərarası əlaqələr üzrə mövcud işçi qruplarının tərkibinə daxil edilsinlər:

Hikmət İsmayıl oğlu Atayev

Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupları;

Rafael Kamil oğlu Cəbrayılov

Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa, Azərbaycan-Rusiya və Azərbaycan-Türkiyə parlamentlər-arası əlaqələr üzrə işçi qrupları;

Asəf Hacı oğlu Hacıyev

Azərbaycan-Böyük Britaniya, Azər-baycan-Çexiya, Azərbaycan-İndoneziya, Azərbaycan-Kanada, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupları;

Fəzail Feyruz oğlu İbrahimli

Azərbaycan-Belçika, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Meksika və Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupları;

İlyas Abbas oğlu İsmayılov

Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-İtaliya, Azərbaycan-Latviya və Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupları;

Məcid Zahid oğlu Kərimov

Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Çexiya, Azər-baycan-Fransa, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupları;

Rafiq Musa oğlu Məmmədhəsənov

Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Çexiya, Azər-baycan-Fransa və Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupları;

Bəxtiyar Yusif oğlu Sadıqov

Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa, Azərbaycan-İtaliya, Azərbaycan-Qazaxıstan və Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupları;

Baba Əli oğlu Tağıyev

Azərbaycan-Belçika, Azərbaycan-Fransa, Azərbaycan-Lüksemburq, Azər-baycan-Türkiyə və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupları;

Əhməd Abdulkərim oğlu Vəliyev

Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Çexiya, Azər-baycan-Gürcüstan, Azərbaycan-Litva və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupları

2. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hüseynbala Fazil oğlu Mirələmov Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibindən çıxarılaraq, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinə, Milli Məclisin deputatı Fazil Qəzənfər oğlu Mustafayev Azərbaycan-Qətər və Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibindən çıxarılaraq, Azərbaycan-İordaniya və Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibinə daxil edilsinlər.

3. Azərbaycan Respublikası Milli Məclisinin deputatları Rüstəm Gülabba oğlu Xəlilov Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinə, Nizami Mənaf oğlu Xudiyev Azərbaycan-Böyük Britaniya və Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibinə, Nizami Zaman oğlu İsgəndərov Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinə, Aynur Camal qızı Quliyeva Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinə, Nazim Hüseyn oğlu Məmmədov Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinə, Asim Nazim oğlu Mollazadə Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinə daxil edilsinlər.

3. Azərbaycan Respublikası Milli Məclisinin deputatları Əkrəm Kamal oğlu Abdullayev Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərliyindən azad edilərək, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Əhəd Mikayıl oğlu Abıyev Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərliyindən azad edilərək, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilsinlər.

Azərbaycan Respublikası Milli Məclisinin sədri
O.Əsədov

Bakı şəhəri, 2 oktyabr 2006-cı il
No– 126-IIIQR


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU