"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 3, maddə 115; 2004-cü il, No– 9, maddə 665; 2006-cı il, No– 3, maddə 207) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. 17-ci maddənin adında “aparatı” sözündən sonra “və regional mərkəzləri” sözləri əlavə edilsin;
2. 17.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Yerlərdə Müvəkkilin regional mərkəzləri yaradıla bilər.”;
3. 17.3-cü maddədə “Aparat” sözündən sonra “və regional mərkəzlər” sözləri, “aparatı” sözündən sonra “və regional mərkəzləri” sözləri əlavə edilsin;
4. 17.4-cü maddədə, 18-ci maddənin adında, 18.1-ci və 18.2-ci maddələrdə “aparatının” sözündən sonra “və regional mərkəzlərinin” sözləri əlavə edilsin;
5. 19.1-ci maddədə “və onun aparatının” sözləri “, onun aparatının və regional mərkəzlərinin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2006-cı il
No– 128-IIIKQD
Fayl şəklində yüklə

