"BMT-nin ixtisaslaşmış təşkilatlarının imtiyaz və immunitetləri haqqında" Konvensiyaya qoşulmaq barəsində

Qanunlar      Paylaşın:        

“BMT-nin ixtisaslaşmış təşkilatlarının imtiyaz və immunitetləri haqqında” Konvensiyaya qoşulmaq barəsində

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası “BMT-nin ixtisaslaşmış təşkilatlarının imtiyaz və immunitetləri haqqında” 1947-ci il 21 noyabr tarixli Konvensiyaya müvafiq qeyd-şərtlər və bəyanat ilə (qeyd-şərtlərin və bəyanatın mətni əlavə olunur) qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2006-cı il
No– 141-IIIQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU