"Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında" Konvensiyada iştirak edən dövlətlər arasında meydana çıxa bilən ixtilafları həll etmək üçün barışıq və xeyirxah xidmət komissiyasının təsis edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə
“Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiyada iştirak edən dövlətlər arasında meydana çıxa bilən ixtilafları həll etmək üçün barışıq və xeyirxah xidmət komissiyasının təsis edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiyada iştirak edən dövlətlər arasında meydana çıxa bilən ixtilafları həll etmək üçün barışıq və xeyirxah xidmət komissiyasının təsis edilməsi haqqında” 1962-ci il 10 dekabr tarixli Protokol Azərbaycan Respublikasının ona dair bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2006-cı il
No– 147-IIIQ
Fayl şəklində yüklə

