Azərbaycan Respublikasının Abşeron və Bakı şəhəri Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Abşeron və Bakı şəhəri Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Abşeron və Bakı şəhəri Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə aşağıdakı dəyişiklik edilsin:
Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazisindən Abşeron rayonunun Xırdalan qəsəbəsinə, ona həmsərhəd olan hissəsindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən 254 ha, - xəritəyə uyğun olaraq) verilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2006-cı il
No– 148-IIIQ
Fayl şəklində yüklə

