Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 23-24, maddə 996; 1993-cü il, No– 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 5, maddə 251; 2003-cü il, No– 12, I kitab, maddə 677; 2005-ci il, No– 4, maddə 291) 2-ci maddəsində “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı” sözlərindən sonra “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı;”; “Polis veteranı” medalı” sözləri əlavə edilsin.
II. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 7, maddə 453, No– 12, maddə 731; 2004-cü il, No– 10, maddə 760; 2005-ci il, No– 4, maddə 280, No– 10, maddələr 871, 872) 9-cu maddəsinin 1-ci bəndinin ikinci abzasından “, daxili xidmət sıravisi”, 9-cu maddəsinin 2-ci bəndinin ikinci abzasından və 50-ci maddəsinin ikinci abzasından “, daxili xidmət kiçik serjantı”, 9-cu maddəsinin 2-ci bəndinin üçüncü abzasında və 50-ci maddəsinin üçüncü abzasında “, daxili xidmət serjantı”, 9-cu maddəsinin 2-ci bəndinin dördüncü abzasından və 50-ci maddəsinin dördüncü abzasından “, daxili xidmət baş serjantı”, 9-cu maddəsinin 3-cü bəndinin ikinci abzasından, 50-ci maddəsinin beşinci abzasından və 56-cı maddəsindən “, daxili xidmət kiçik leytenantı”, 9-cu maddəsinin 3-cü bəndinin üçüncü abzasından, 50-ci maddəsinin altıncı abzasından və 57-ci maddəsindən “, daxili xidmət leytenantı”, 9-cu maddəsinin 3-cü bəndinin dördüncü abzasından və 50-ci maddəsinin yeddinci abzasından “, daxili xidmət baş leytenantı”, 9-cu maddəsinin 3-cü bəndinin beşinci abzasından və 50-ci maddəsinin səkkizinci abzasından “, daxili xidmət kapitanı”, 9-cu maddəsinin 4-cü bəndinin ikinci abzasından və 50-ci maddəsinin doqquzuncu abzasından “, daxili xidmət mayoru”, 9-cu maddəsinin 4-cü bəndinin üçüncü abzasından, 50-ci maddəsinin onuncu abzasından və 58-ci maddəsinin 1-ci bəndindən “, daxili xidmət polkovnik-leytenantı”, 9-cu maddəsinin 4-cü bəndinin dördüncü abzasından, 50-ci maddəsinin on birinci abzasından və 58-ci maddəsinin 2-ci bəndindən “, daxili xidmət polkovniki”, 9-cu maddəsinin 5-ci bəndinin ikinci abzasından və 137-ci maddəsinin 3-cü bəndinin ikinci abzasından “, daxili xidmət general-mayoru”, 9-cu maddəsinin 5-ci bəndinin üçüncü abzasından və 137-ci maddəsinin 3-cü bəndinin ikinci abzasından “, daxili xidmət general-leytenantı”, 9-cu maddəsinin 5-ci bəndinin dördüncü abzasından və 137-ci maddəsinin 3-cü bəndinin üçüncü abzasından “, daxili xidmət general-polkovniki” sözləri və 57-ci maddəsinin 1-ci bəndindən “, daxili xidmət kiçik leytenantına” sözləri çıxarılsın.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2006-cı il
No– 154-IIIQD
Fayl şəklində yüklə

