"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No–5, maddə 399; 2001-ci il, No–12, maddə 736; 2005-ci il, No–8, maddə 692, No–10, maddə 872) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 4-cü maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Bu Qanuna uyğun olaraq hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş şərti maliyyə vahidinin on min misli məbləğində sığorta edilir.”.
2. 5-ci maddənin:
“a)” bəndində “həlak olduqda” sözlərindən sonra mötərizədə “öldükdə” sözü əlavə edilsin;
“b)” bəndində “yaralandıqda (kontuziya aldıqda)” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) aldıqda” sözləri ilə əvəz edilsin;
“c)” bəndində “ilə” sözü “olduqda” sözü ilə əvəz edilsin;
“d)” bəndinin ikinci abzasında “yaralandıqda” sözü “xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində” sözləri ilə əvəz edilsin, “pozulduğuna” sözündən sonra mötərizədə “xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə” sözləri əlavə edilsin, “xidməti vəzifəsini yerinə yetirməyə” sözləri “hərbi xidmətə” sözləri ilə əvəz edilsin, üçüncü abzasında “yüngül yaralandıqda” sözləri “yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yararlı hesab edildikdə” sözləri ilə əvəz edilsin.
3. 7-ci maddənin birinci hissəsinin:
“a)” bəndinin dördüncü abzasında “yaralanması (kontuziyası)” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) alması” sözləri ilə əvəz edilsin;
“c)” bəndinin birinci abzasında “yaralanması” sözü “xəsarət (yaralanma, travma, kontuziya) alması” sözləri ilə, ikinci abzasında “yaralanmanın” sözü “xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın)” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2006-cı il
No– 169-IIIQD
Fayl şəklində yüklə

