"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barəsində” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 9 oktyabr tarixli 211-XII nömrəli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, No– 19-20, maddə 330) ilə təsdiq edilmiş “Hərbi and”ın birinci hissəsinin üçüncü abzasında “hərbi sirri verməyəcək” sözləri “dövlət sirrini yaymayacaq” sözləri ilə əvəz edilsin.

II. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 4, maddə 79; 1993-cü il, No– 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 378; 1998-ci il, No– 1, maddələr 15, 16; 1999-cu il, No– 4, maddə 228, No– 5, maddə 286; 2001-ci il, No– 6, maddələr 362, 363, No– 11, maddə 694, No– 12, maddələr 731, 736; 2004-cü il, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddələr 199, 212, No– 7, maddə 507, No– 8, maddə 596; 2005-ci il, No– 10, maddə 871, No– 12, maddə 1093; 2006-cı il, No– 4, maddə 312) 6-cı maddəsinin 3-cü hissəsindən “və hərbi sirri” sözləri çıxarılsın.

III. Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, No– 23-24, maddə 671; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 3, maddə 148, No– 11, maddə 683; 2004-cü il, No– 5, maddələr 312, 319; 2005-ci il, No– 7, maddə 576; 2006-cı il, No– 3, maddə 219, No– 5, maddə 385) 2-ci maddəsinin on birinci abzasından “və hərbi sirrin” sözləri çıxarılsın.

IV. Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No– 18, maddə 243; 1995-ci il, No– 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 385, No– 6, maddə 493; 1998-ci il, No– 2, maddə 70; 2000-ci il, No– 12, maddə 835; 2001-ci il, No– 3, maddə 143, No– 6, maddə 378, No– 11, maddə 674; 2002-ci il, No– 1, maddə 4, No– 8, maddə 463; 2004-cü il, No– 7, maddə 505; 2005-ci il, No– 3, maddə 152, No– 10, maddə 874; 2006-cı il, No– 1, maddə 3, No– 2, maddə 64, No– 3, maddə 219) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 1-ci maddənin birinci hissəsindən 1-ci bənd çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.”;
2. 9-cu maddənin dördüncü hissəsindən “və ya hərbi sirrin“ sözləri çıxarılsın.

V. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No– 3-4, maddə 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 6, maddə 493; 1998-ci il, No– 2, maddə 71; 2001-ci il, No– 11, maddələr 674, 669; 2002-ci il, No– 7, maddə 395; 2004-cü il, No– 4, maddə 199; 2006-cı il, No– 2, maddə 64) 2-ci bəndinin ikinci abzasında “Vətəndaşın hərbi sirr olan məlumatlar üzrə öhdəliyi qüvvədədirsə, yaxud onun” sözləri “Vətəndaş” sözü ilə, 32-ci bəndinin “a” yarımbəndində “və ya hərbi sirr” sözləri “sirri” sözü ilə əvəz edilsin.

VI. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 1, maddə 14; 2001-ci il, No– 3, maddələr 138, 145, 146, 147, No– 12, maddələr 731, 745; 2002-ci il, No– 6, maddə 328, No– 8, maddə 464; 2004-cü il, No– 2, maddə 57, No– 11, maddə 886; 2005-ci il, No– 7, maddələr 576, 588, No– 10, maddə 871; 2006-cı il, No– 4, maddə 312) 92-ci maddəsinin yeddinci abzasından “hərbi və” sözləri, 146-cı maddəsinin üçüncü hissəsinin dördüncü abzasından “və hərbi sirləri” sözləri çıxarılsın.

VII. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 3, maddə 136; 2001-ci il, No– 11, maddə 669; 2002-ci il, No– 6, maddə 328; 2006-cı il, No– 2, maddə 64) 27-ci bəndinə aşağıdakı dəyişiklik və əlavə edilsin:
1. birinci abzasda “şəxsin hərbi sirr olan məlumatlar üzrə öhdəliyi qüvvədədirsə, yaxud onun” sözləri “şəxs” sözü ilə əvəz edilsin;
2. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin, ikinci abzas üçüncü abzas hesab edilsin:
“Dövlət sirri ilə işləməyə buraxılmış vətəndaşlığı olmayan şəxsin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.”.

VIII. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 11, maddə 612; 2002-ci il, No– 5, maddə 250, No– 6, maddə 328; 2004-cü il, No– 3, maddə 133; 2005-ci il, No– 12, maddə 1079; 2006-cı il, No– 2, maddə 64) 1-ci maddəsinin II hissəsindən “və hərbi” və 4-cü maddəsinin V hissəsindən “, hərbi” sözləri çıxarılsın, 14-cü maddəsinin IX hissəsində “, hərbi” sözü “sirri” sözü ilə əvəz edilsin.

IX. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2006-cı il
No– 171-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU