Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vətənə xidmətə görə” ordeninin təsviri”ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, No– 12 (I kitab), maddə 678) aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci abzasın birinci cümləsi çıxarılsın və həmin abzasın ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Orden üç səviyyədən ibarətdir, səkkizguşəli ulduzun yığılması iki kvadrat təşkil edir, onun mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunmuşdur.”

2. Üçüncü abzasda “32 mm x 38 mm” sözləri “35 mm x 35 mm” sözləri ilə əvəz edilsin və həmin abzasın dördüncü cümləsi çıxarılsın.

3. Beşinci abzasda “27 mm x 47,15 mm” sözləri “27 mm x 47,5 mm” sözləri ilə əvəz edilsin.

II. Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 515-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təsviri”nə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, No– 12 (I kitab), maddə 679) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. Birinci abzasın birinci cümləsinə “bürüncdəndir,” sözündən sonra “diametri 35 mm olan” sözləri əlavə edilsin və ikinci cümləsində “Diametri 35 mm olan” sözləri “İkinci səviyyədə” sözləri ilə əvəz edilsin.

2. Üçüncü abzasda “27 mm x 43 mm” sözləri “27 mm x 47,5 mm” sözləri ilə əvəz edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2006-cı il
No– 172-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU