Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavələrin edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavələrin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 4, II kitab, maddə 251, No– 12, maddə 835; 2001-ci il, No– 1, maddə 24, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddələr 236, 248, 258, No– 6, maddə 326, No– 8, maddə 465; 2003-cü il, No– 6, maddələr 276, 279, No– 8, maddələr 424, 425,  No– 12, I kitab, maddə 676; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 200, No– 5, maddə 321, No– 8, maddə 598, No– 10, maddə 762, No– 11, maddə 900; 2005-ci il, No– 1, maddə 3, No– 6, maddə 462, No– 7, maddə 575, No– 10, maddə 904, No– 11, maddə 994; 2006-cı il, No– 2, maddələr 71, 72, 75) aşağıdakı məzmunda 233-2 və 233-3-cü maddələr əlavə edilsin:
“Maddə 233-2. Sertifikatlaşdırılmamış rabitə vasitələrinin satışının təşkili
Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan rabitə vasitələrinin sertifikatlaşdırılmadan satışının təşkili dövlətin və milli təhlükəsizliyin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –
şərti maliyyə vahidinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 233-3. Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi üçün rabitə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin yaradılmaması

Əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi üçün rabitə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin yaradılmaması–
şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2006-cı il
No– 173 - IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU