Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Maddə 1. 2007-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla – 64 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün – 70 manat, pensiyaçılar üçün – 49,7 manat, uşaqlar üçün – 52,4 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 2007-ci il yanvarın 1-dən – 35 manat, 2007-ci il iyulun 1-dən – 40 manat məbləğində müəyyən edilsin.

Maddə 3. Bu Qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2006-cı il
No– 176-IIIQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU