"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il No– 1, maddə 1, No– 3, maddə 131; 2002-ci il, No– 12, maddə 693; 2003-cü il, No– 1, maddə 16; 2004-cü il, No–1, maddə 10, No– 4, maddə 199, No– 5 maddə 321, No– 8, maddə 597, No– 11, maddə 884; 2005-ci il, No– 6, maddələr 463, 475, No– 10, maddə 874; 2006-cı il, No– 5, maddə 386, No– 6, maddə 479, No– 8, maddə 657) aşağıdakı dəyişikliklər edilsin:
1. 8.1.1-ci maddədə “Azərbaycan Respublikasının Prezidenti” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə, “Azərbaycan Respublikası Prezidentinin” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin;
2. 8.1.2-ci maddədə “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;
3. 8.1.3-cü maddədə “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;
4. 8.1.5-ci maddədə “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan icra hakimiyyəti orqanları” sözləri, “müvafiq icra hakimiyyəti orqanları və onlara bərabər tutulan icra hakimiyyəti orqanları, o cümlədən müvafiq icra hakimiyyəti orqanı yanında olan müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilsin;
5. 8.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 120-ci maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının
yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri (6-cı kateqoriya dövlət orqanları).”;
6. 8.1.7-ci maddədə “yerli icra hakimiyyəti orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə, “mərkəzi icra hakimiyyəti orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2006-cı il
No– 179-IIIQD
Fayl şəklində yüklə

