"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"na dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"na dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 12, maddə 689; 2001-ci il, N 11, maddə 677; 2002-ci il, N 5, maddə 237; 2003-cü il, N 6, maddə 273; 2003-cü il, N 8, maddə 419; 2004-cü il, N 7, maddə 522; Azərbaycan Respublikasının 2004-cü il 17 sentyabr tarixli 762-IIQD nömrəli Qanunu) əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"na aşağıdakı dəyişikliklər edilsin:
1. Ağdaş rayonu bölməsində:
1) 7-ci sırada "Binələr bələdiyyəsi" sözlərinin qarşısındakı "Binələr kəndi" sözləri "Binələr və Davudlu kəndləri" sözləri ilə əvəz edilsin;
2) 17-ci sırada "Güvəkənd bələdiyyəsi" sözlərinin qarşısındakı "Güvəkənd və Davudlu kəndləri" sözləri "Güvəkənd kəndi" sözləri ilə əvəz edilsin.
2. Ağsu rayonu bölməsində:
5-ci sırada "Ağarax bələdiyyəsi" sözləri "Ağarx bələdiyyəsi" sözləri ilə əvəz edilsin.
3. Goranboy rayonu bölməsində:
1) 6-cı sırada "Aşağı Ağcakənd bələdiyyəsi" sözlərinin qarşısındakı "Ballıqaya" sözü "Yuxarı Ballıqaya" sözləri ilə əvəz edilsin;
2) 35-ci sırada "Qızılhacılı bələdiyyəsi" sözlərinin qarşısındakı "Ballıqaya" sözü "Aşağı Ballıqaya" sözləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Bakı şəhəri, 14 dekabr 2004-cü il
N 805-IIQD

