"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No– 18, maddə 243; 1995-ci il, No– 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 385, No– 6, maddə 493; 1998-ci il, No– 2, maddə 70; 2000-ci il, No– 12, maddə 835; 2001-ci il, No– 3, maddə 143, No– 6, maddə 378, No– 11, maddə 674; 2002-ci il, No– 1, maddə 4, No– 8, maddə 463; 2004-cü il, No– 7, maddə 505; 2005-ci il, No– 3, maddə 152, No– 10, maddə 874; 2006-cı il, No– 1, maddə 3, No– 2, maddə 64, No– 3, maddə 319) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 4-cü maddədə:
1.1. birinci hissədə “vətəndaşın müraciətindən ən geci bir ay keçənədək” sözləri “vətəndaş müraciət etdikdən sonra bir ay müddətində, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda beş iş günü müddətində, müstəsna hallarda isə (Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallar) iki iş günü müddətində” sözləri ilə əvəz edilsin;
1.2. maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Ümumvətəndaş pasportu on illik müddətə verilir”.
2. 5-ci maddənin birinci hissəsində “üç illik” sözləri “beş illik” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun qüvvəyə mindiyi günədək verilmiş ümumvətəndaş pasportları və xidməti pasportlar, həmin pasportlarda göstərilmiş müddət bitənədək etibarlıdır.
III. Bu Qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2006-cı il
No– 182-IIIQD
Fayl şəklində yüklə

