"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 348; 1999-cu il, No– 11, maddə 609; 2000-ci il, No– 11, maddə 776; 2001-ci il, No– 9, maddə 576, No– 12, maddələr 733, 736; 2002-ci il, No– 12, maddə 706; 2004-cü il, No– 7, maddə 505; 2004-cü il, No– 12, maddə 976; 2005-ci il, No– 1, maddə 2, No– 12, maddə 1082; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli 155-III QD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 6-cı maddənin birinci hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:
“Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 25 mislindən artıq ola bilməz.
Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan işəgötürənlərdə işləyən şəxslərin hesablanmış sosial sığorta ödəmələrini (əmək pensiyaları istisna olmaqla) hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır.”.
2. 6-cı maddənin sonuncu hissəsi çıxarılsın.
3. 8-ci maddənin uçüncü hissəsində “bütün işəgötürənlər” sözləri “mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar,” sözləri ilə əvəz edilsin.
4. 12-ci maddədə “Azərbaycan Respublikasında fəaliyyət göstərən və ya xarici ölkədə Azərbaycan Respublikasına məxsus bütün idarə, müəssisə və təşkilatlarda” sözləri çıxarılsın, “Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər” sözlərindən sonra “(“Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Cıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə AMOKO KASPİAN Sİ PETROLEUM LİMİTED, Bİ-Pİ EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED, DELTA NİMİR XƏZƏR LİMİTED, DEN NORSKE STATS OLYESELSKAP a. s., LUKoyl SƏHMDAR CƏMİYYƏTİ, MakDERMOTT AZƏRBAYCAN İNK., PENNZOYL KASPİAN KORPOREYŞN, REMKO XƏZƏR ENERCİ LİMİTED, TÜRKİYE PETROLLERİ A.O., YUNOKAL XƏZƏR, LTD arasında Sazişin qəbul və təsdiq edilməsi, onun həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının 1994-cü il 2 dekabr tarixli 933 nömrəli Qanunu və “Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatı pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ARDNŞ Kommersiya Ortaq Şirkəti, Bi-Pi Eksploreyşn (Azərbaycan) Limited, Elf Petroleum Azərbaycan B.V., LUKoyl İnternəşnl LTD, Oyl İndastriz İncinirinq ənd Konstrakşn, Statoyl Azərbaycan A.S., Törkiş Petroleum Oversiz Kompani Limited şirkətləri arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının 1996-cı il 4 oktyabr tarixli 160-IQ nömrəli Qanunu ilə təsdiq olunmuş Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olmaqla)” sözləri, “seçkili ödənişli vəzifələrdə işləyənlər” sözlərindən sonra “hərbi qulluqçular və xüsusi rütbəli şəxslər” sözləri, “əmək fəaliyyəti ilə məşğul olan” sözlərindən sonra “fiziki” sözü əlavə edilsin.
5. 14-cü maddənin üçüncü hissəsinin:
ikinci abzasında “bütün işəgötürənlər” sözləri “mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığorta edən şəxslər” sözləri ilə əvəz edilsin;
üçüncü abzasındakı birinci mötərizədən “, pensiyaçılardan və digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlərdən” sözləri çıxarılsın;
dördüncü abzasında “6” rəqəmi “12” rəqəmi ilə, beşinci abzasında “4” rəqəmi “8” rəqəmi ilə, altıncı abzasında “2” rəqəmi “4” rəqəmi ilə, yeddinci abzasında “1” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;
doqquzuncu abzasında “seçkili ödənişli vəzifələrdə işləyənlər;” sözlərindən sonra “hərbi qulluqçular;” sözləri əlavə edilsin və “, habelə kontrakt əsasında qulluğa qəbul edilmiş hərbi qulluqçular” sözləri çıxarılsın;
on ikinci abzasında “ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 80 faizi miqdarında” sözləri “gəlirlərin 25 faizi miqdarında” sözləri ilə əvəz edilsin.
6. 14-cü maddənin dördüncü hissəsinin birinci abzasında hər iki halda “sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər” sözləri “sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər” sözləri ilə əvəz edilsin.
7. 15-ci maddəyə aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr;
ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar.”.
8. 21-ci maddənin birinci hissəsinin:
altıncı və yeddinci abzaslarında “sığortaedənlərin” sözü “mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin” sözləri ilə əvəz edilsin;
doqquzuncu abzasında “borcların alınması üçün banka və ya digər kredit təşkilatlarına sərəncamın verildiyi tarixdən” sözləri “borcların ödənilməsinə dair bildirişdə göstərilən müddət bitdiyi tarixdən” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2006-cı il
No– 183-IIIQD
Fayl şəklində yüklə

