Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 4, II kitab, maddə 251, No– 12, maddə 835; 2001-ci il, No– 1, maddə 24, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddələr 236, 248, 258, No– 6, maddə 326, No– 8, maddə 465; 2003-cü il, No– 6, maddələr 276, 279, No– 8, maddələr 424, 425, No– 12, I kitab, maddə 676; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 200, No– 5, maddə 321, No– 8, maddə 598, No– 10, maddə 762, No– 11, maddə 900; 2005-ci il, No– 1, maddə 3, No– 6, maddə 462, No– 7, maddə 575, No– 10, maddə 904, No– 11, maddə 994; 2006-cı il, No– 2, maddələr 71, 72, 75, No– 5 maddə 390) 213.1-ci və 213.3-cü maddələrində “başqa icbari ödənişləri” sözləri “məcburi dövlət sosial sığorta haqlarını” sözləri ilə əvəz edilsin.
II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, I kitab, maddə 584; 2001-ci il, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 9, No– 4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, No– 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No– 1, maddələr 6, 7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No– 6, maddə 397, No– 8, maddələr 596, 597, No– 10, maddələr 762, 779, No– 11, maddə 900, No– 12, maddə 973; 2005-ci il, No– 1, maddələr 5, 6, No– 2, maddə 61, No– 4, maddələr 272, 273, 275, 278, No– 6, maddələr 462, 466, No– 7, maddə 576, No– 8, maddələr 691, 692, No– 10, maddələr 875, 877, 904, No– 11, maddələr 993, 994, 995, No–12, maddələr 1083, 1085; 2006-cı il, No–2, maddələr 64, 68, No–3, maddələr 219, 220, 223, 225, No–5, maddə 385, No–6, maddə 478; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli 155-IIIQD nömrəli və 156-IIIQD nömrəli və 2006-cı il 20 oktyabr tarixli 170-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 53.1-ci maddədə “, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən üç yüz mislinədək miqdarda” sözləri çıxarılsın;
2. 246-cı maddəsində “digər icbari ödənişlərin” sözləri “məcburi dövlət sosial sığorta haqlarının” sözləri ilə əvəz edilsin.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2006-cı il
No– 185 -IIIQD
Fayl şəklində yüklə

