Azərbaycan Respublikası Milli Məclisinin 2007-cı il üçün xərclər smetası haqqında

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikası Milli Məclisinin 2007-cı il üçün xərclər smetası haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

2007-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin və onun aparatının fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a   a l ı r:

1.Azərbaycan Respublikası Milli Məclisinin və onun aparatının 2007-cı il üçün xərclər smetası 15.852.604 (on beş milyon səkkiz yüz əlli iki min altı yüz dörd) manat məbləğində təsdiq edilsin.
2. Azərbaycan Respublikası Milli Məclisinin və onun aparatının 2007-cı il üçün xərclər smetası aşağıdakı qaydada bölüşdürülsün:

211000  Əmək haqqı fondu - 9.077.867 (doqquz milyon yetmiş yeddi min səkkiz yüz altmış yeddi) manat.

211100   Ştatda olan işçilərin əmək haqqı - 4.396.988 (dörd milyon üç yüz doxsan altı min doqquz yüz səksən səkkiz) manat

o cümlədən :
Milli Məclisin deputatlarının əmək haqqı - 1.662.276 (bir milyon altı yüz altmış iki min iki yüz yetmiş altı) manat.

Ekspertlərin əmək haqqı - 48.000 (qırx səkkiz min) manat

Milli Məclisin Aparatı üzrə əmək haqqı - 1.785.256 (bir milyon yeddi yüz səksən beş min iki yüz əlli altı) manat.

o cümlədən :

Deputatların köməkçilərinin əmək haqqı - 760000 (yeddi yüz altmış min) manat.
Milli Məclisin İşlər İdarəsi üzrə əmək haqqı - 447.676 (dörd yüz qırx yeddi min altı yüz yetmiş altı) manat.
Dövlət qulluğu ilə əlaqədar əlavələr - 453.780 (dörd yüz əlli üç min yeddi yüz səksən) manat.
211200  Ştatdan kənar işçilərin əmək haqqı - 7.200 (yeddi min iki yüz) manat.
211300  Əməyin ödənilməsi ilə bağlı sair pul ödəmələri - 1.650.123 (bir milyon altı yüz əlli min yüz iyirmi üç) manat.
211400   Əməyin ödənişi üzrə nəzərdə tutulan artım - 3.023.556 (üç milyon iyirmi üç min beş yüz əlli altı ) manat
212000  Əmək haqqına üstəlik - 2.250.826 (iki milyon iki yüz əlli min səkkiz yüz iyirmi altı) manat
o cümlədən :
212100  Dövlət sosial müdafiə fonduna ayırmalar - 1.997.131 (bir milyon doqquz yüz doxsan yeddi min yüz otuz bir ) manat.
212200   İcbari dövlət sığortası - 253.695 (iki yüz əlli üç min altı yüz doxsan beş) manat.
221000  İdarənin saxlanması - 270152 (iki yüz yetmiş min yüz əlli iki ) manat.
o cümlədən :
221100  Dəftərxana və təsərrüfat xərcləri - 211.802 (iki yüz on bir min səkkiz yüz iki) manat.
221200   Mətbəə xərcləri - 44.350 ( qırx dörd min üç yüz əlli ) manat.
221300   İdarənin digər xərcləri - 14.000 (on dörd min ) manat.
222000   Ezamiyyə xəcləri - 790.000 (yeddi yüz doxsan min) manat.
223000   Nəqliyyat xidmətləri haqqının ödənilməsi - 186.827 (yüz səksən altı min səkkiz yüz iyirmi yeddi) manat.
o cümlədən :
223100   Yanacaq və sürtkü materiallarının alınması - 131435 (yüz otuz bir min dörd yüz otuz beş ) manat
223200   Digər nəqliyyat xidmətləri - 55392 (əlli beş min üç yüz doxsan iki ) manat
224000   Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi - 334549 (üç yüz otuz dörd min beş yüz qırx doqquz) manat
o cümlədən :
224800  Telefon danışıq haqlarının ödənilməsi - 166660 (yüz altmış altı min altı yüz altmış) manat
224900  Poçt-rabitə xidmətlərinin ödənilməsi - 25.500 (iyirmi beş min beş yüz) manat.
225000   İstehlak mallarının və materiallarının alınması - 692.000 (altı yüz doxsan iki min) manat.
o cümlədən :
225411  İnventarın alınması - 332000 (üç yüz otuz iki min) manat
225412  Avadanlığın alınması - 110000 (yüz on min ) manat
225413  Digər alışlar və xidmətlər - 250000 (iki yüz əlli min) manat
273000  Dövlət qulluqçularına sosial müavinətlər - 42384 (qırx iki min üç yüz səksən dörd) manat
274000   Digər təqaüdlər, müavinətlər və trasferlər - 30000 (otuz min ) manat
282000 Sair xərclər - 71.499 (yetmış bir min dörd yüz doxsan doqquz) manat.
311000  Əsas vəsaitlərin alınması – 2.106.500 (iki milyon yüz altı min beş yüz) manat.
o cümlədən :
311210  Nəqliyyat vasitələri - 176500 (yüz yetmiş altı min beş yüz ) manat
311220  Digər maşın və avadanlıqlar – 1.930.000 (bir milyon doqquz yüz otuz min) manat

Azərbaycan Respublikası Milli Məclisinin sədri
O.Əsədov


Bakı şəhəri, 28 noyabr 2006-cı il
No– 187-IIIQR

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU