Azərbaycan Respublikasının 2004-cü il 30 mart tarixli 611-IIQ nömrəli Qanunu ilə qoşulduğu 1993-cü il 29 may tarixli "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Konvensiyaya dair Azərbaycan Respublikasının bəyanatlarında dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2004-cü il 30 mart tarixli 611-IIQ nömrəli Qanunu ilə qoşulduğu 1993-cü il 29 may tarixli “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyaya dair Azərbaycan Respublikasının bəyanatlarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 2004-cü il 30 mart tarixli 611-IIQ nömrəli Qanunu ilə qoşulduğu 1993-cü il 29 may tarixli “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyaya dair Azərbaycan Respublikasının bəyanatlarında 1-ci və 4-cü bəndlər çıxarılsın, 2-ci, 3-cü və 5-ci bəndlər müvafiq olaraq 1-ci, 2-ci və 3-cü bəndlər hesab edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2006-cı il
No– 199-IIIQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU