"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 9, maddə 564; 2001-ci il, No– 5, maddə 298, No– 11, maddələr 676, 698; 2002-ci il, No– 1, maddə 9, No– 8, maddə 463; 2003-cü il, No– 8, maddə 424; 2004-cü il, No– 2, maddə 57, No– 11, maddə 901; 2005-ci il, No– 4, maddə 277, No– 10, maddə 874, No– 11, maddə 993) aşağıdakı dəyişikliklər edilsin:
1. 23-cü maddənin II hissəsindən “həmçinin”, “onların qeydiyyatı” və “sürücülərin hazırlanması və ixtisaslarının artırılması üzrə kurs imtahanlarının qəbulu” sözləri çıxarılsın;
2. 27-ci maddənin VIII hissəsinin birinci cümləsində “əlavə haqq” sözləri “rüsum” sözü ilə, ikinci cümləsində “Əlavə xidmət haqqının” sözləri isə “Rüsumun” sözü ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2006-cı il
No– 201-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU