Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No– 18, maddə 243; 1995-ci il, No– 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 385, No– 6, maddə 493; 1998-ci il, No– 2, maddələr 70, 72; 2000-ci il, No– 12, maddə 835; 2001-ci il, No– 3, maddə 143, No– 6, maddə 378, No– 11, maddə 674; 2002-ci il, No– 1, maddə 4, No– 8, maddə 463; 2004-cü il, No– 7, maddə 505; 2005-ci il, No– 3, maddə 152, No– 10, maddə 874; 2006-cı il, No– 1, maddə 3, No– 2, maddə 64, No– 3, maddə 319; Azərbaycan Respublikasının 2006-cı il 20 oktyabr tarixli 171-IIIQD nömrəli və 2006-cı il 28 noyabr tarixli 182-IIIQD nömrəli qanunları) 2-ci maddəsinin ikinci hissəsində “Azərbaycan Respublikası Ali Sovetinin təsdiq etdiyi “Dənizçi kitabçası haqqında” sözləri “Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilən “Dənizçi pasportu haqqında” sözləri ilə əvəz edilsin.

II. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No–7, maddə 444) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 9.2-ci, 36.2-ci, 44.2-ci, 67.2-ci və 69-cu maddələrində “dəniz limanı kapitanı” sözləri, 27.1-ci maddəsində “dəniz limanının kapitanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə, 44.3-cü maddəsində “dəniz limanı kapitanının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin;
2. 26.5-ci maddəsində “dəniz limanlarında” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilsin;
3. 61-ci maddə üzrə:
3.1. maddənin adının əvvəlinə “Müvafiq icra hakimiyyəti orqanı və” sözləri əlavə edilsin;
3.2. 61.1-ci maddədə “funksiyalarını” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı və” sözləri əlavə edilsin;
3.3. aşağıdakı məzmunda 61.4-cü maddə əlavə edilsin:
“61.4. Azərbaycan Respublikasının ərazisində liman nəzarətini və dəniz üzgüçülüyü qaydalarına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.”;
4. 62-ci maddə üzrə:
4.1. maddənin adının əvvəlinə “Müvafiq icra hakimiyyəti orqanının və” sözləri əlavə edilsin;
4.2. 62.1-ci maddənin əvvəlində “Öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanının və” sözləri əlavə edilsin;
5. 65-ci maddədə “dəniz limanı kapitanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə, “edə bilər ” sözləri “edilir” sözü ilə əvəz edilsin.

III. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 12, maddə 740; 2002-ci il, No– 12, maddə 706; 2003-cü il, No– 1, maddə 23, No– 8, maddə 428, No– 12, I kitab, maddələr 676, 698; 2005-ci il, No– 1, maddə 1, No– 6, maddə 462, No– 8, maddə 684, No– 10, maddələr 873, 905, No– 12, maddə 1083; 2006-cı il, No– 3, maddələr 223, 225) 12.7-ci maddəsində “Dənizçi kitabçasının” sözləri “Dənizçi pasportunun” sözləri ilə əvəz edilsin.

IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2006-cı il
No– 203-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU