"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 10; 2001-ci il, No– 11, maddə 687, No– 12, maddə 740; 2002-ci il, No– 5, maddə 241, No– 6, maddə 328, No– 12, maddə 706; 2004-cü il, No– 5, maddə 318; 2005-ci il, No– 4, maddə 281, No– 8, maddə 699, No– 10, maddə 903, No– 11, maddə 993) 5-ci maddəsinin ikinci hissəsinin birinci cümləsi çıxarılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2006-cı il
No– 205-IIIQD
Fayl şəklində yüklə

