"Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə
“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No– 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 3 maddə 142; 2002-ci il, No– 6 maddə 328; 2004-cü il, No– 7, maddə 505) aşağıdakı əlavələr edilsin:
1. 4-cü maddənin ikinci hissəsində “şəxsiyyət vəsiqəsini” sözlərindən sonra “sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində” sözləri əlavə edilsin;
2. 7-ci maddədə:
2.1. maddənin adında “verilməsi” sözündən sonra “və qüvvədən düşmüş hesab edilməsi” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir.”;
II. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No– 3-4, maddə 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 6, maddə 493; 1998-ci il, No– 2, maddə 71; 2001-ci il, No– 11, maddələr 669, 674; 2002-ci il, No– 7, maddə 395; 2004-cü il, No– 4, maddə 199; 2006-cı il, No– 2, maddə 64) 5-ci bəndinin üçüncü abzasında “hərbi vəzifəsi haqqında hərbi bileti və ya təhkim şəhadətnaməsini” sözlərindən sonra “(25, 35 və 50 yaşa çatmaqla əlaqədar şəxsiyyət vəsiqəsi dəyişdirildikdə, hərbi vəzifəsinə dair məlumatların düzgünlüyü müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxsin hərbi biletində müvafiq qeyd aparılmaqla təsdiq olunmalıdır)” sözləri əlavə edilsin.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2006-cı il
No– 210-IIIQD
Fayl şəklində yüklə

