Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No–12, maddə 984) 21-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq aşağıdakı şəxslər Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvləri təyin edilsinlər:
Alim Səlim oğlu Quliyev,
Vadim Ələddin oğlu Xubanov,
Avtandil Qasım oğlu Babayev,
Rüfət Cəbrayıl oğlu Aslanlı.
Azərbaycan Respublikası Milli Məclisinin sədri
O. Əsədov
Bakı şəhəri, 26 dekabr 2006-cı il
No– 213-IIIQR
Fayl şəklində yüklə