Azərbaycan Respublikasının Gəncə şəhərinin və Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Gəncə şəhərinin və Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Gəncə şəhərinin və Xanlar rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişiklik edilsin:
Xanlar rayonunun Quşqara kəndinin inzibati ərazisindən Gəncə şəhərinin Nizami rayonuna, ona həmsərhəd olan hissəsindən 100 ha (xəritəyə uyğun olaraq) verilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2006-cı il
No– 216-IIIQ
Fayl şəklində yüklə

