Azərbaycan Respublikasının Kürdəmir və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Kürdəmir və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Kürdəmir və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Kürdəmir rayonu üzrə
 
Şilyan kənd inzibati ərazi dairəsi tərkibindəki Şilyan kəndinin bir hissəsi Qarasu kəndi adlandırılsın və rayonun ərazi vahidləri siyahısına daxil edilsin.
 
Qarasu kəndi Şilyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla,  Qarasu kənd inzibati ərazi vahidi yaradılsın.

Şəmkir rayonu üzrə

Keçili kənd inzibati ərazi dairəsi tərkibindəki Keçili kəndinin bir hissəsi Xuluf kəndi adlandırılsın və rayonun ərazi vahidləri siyahısına daxil edilsin.

Xuluf kəndi Keçili kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xuluf kənd inzibati ərazi vahidi yaradılsın.

Təzəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndinin bir hissəsi Düzqışlaq kəndi adlandırılsın və rayonun ərazi vahidləri siyahısına daxil edilsin.

Düzqışlaq kəndi Təzəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Düzqışlaq kənd inzibati ərazi vahidi yaradılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2006-cı il
No– 217-IIIQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU