"Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə
“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, No– 2, maddə 40; 1994-cü il, No– 18, maddə 246; 1995-ci il, No– 22, maddə 359; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 5, maddə 241; 2004-cü il, No– 7, maddə 505) 6-cı maddəsinə aşağıdakı dəyişikliklər və əlavə edilsin:
a) birinci hissədə “Yataqxanalarda” sözü “Təhsil müəssisələrinin yataqxanalarında” sözləri ilə əvəz edilsin;
b) həmin hissədən sonra maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra, həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər.”;
c) ikinci hissə üçüncü hissə hesab edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2006-cı il
No– 218-IIIQD
Fayl şəklində yüklə

