"Turizm haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Turizm haqqında” Azərbaycan Respublikasının
Qanununa dəyişiklik və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 7, maddə 394; 2004-cü il, No– 4, maddə 203, No– 6, maddə 396) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1. 1-ci maddənin iyirminci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda iyirmi birinci abzas əlavə edilsin:

“turizm və rekreasiya zonaları – xüsusi ekoloji, rekreasiya, tarixi, mədəni əhəmiyyət daşıyan təbiət və mədəniyyət komponentlərinin yerləşdiyi, təbiəti mühafizə, milli və mədəni irsi qoruma, maarifçilik, elmi və digər məqsədlər üçün istifadə olunan, qanunvericiliyin tələbləri nəzərə alınmaqla turizmin təşkili və inkişafı məqsədilə ayrılan əlverişli turizm potensialına və müvafiq turizm infrastrukturuna malik olan ərazilər.”.

2. Qanuna aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:

“Maddə 4-1. Turizm və rekreasiya zonaları

4-1.1. Turizm fəaliyyətinin dövlət tənzimlənməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən turizm və rekreasiya zonaları yaradıla bilər.
4-1.2. Turizm və rekreasiya zonaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə olunur.
4-1.3. Turizm və rekreasiya zonaları haqqında nümunəvi əsasnamə  müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 iyun 2007-ci il
No– 374-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU