"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar
haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No– 18, maddə 243; 1995-ci il, No– 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 385, No– 6, maddə 493; 1998-ci il, No– 2, maddələr 70, 72; 2000-ci il, No– 12, maddə 835; 2001-ci il, No– 3, maddə 143, No– 6, maddə 378, No– 11, maddə 674; 2002-ci il, No– 1, maddə 4, No– 8, maddə 463; 2004-cü il, No– 7, maddə 505; 2005-ci il, No– 3, maddə 152, No– 10, maddə 874; 2006-cı il, No– 1, maddə 3, No– 2, maddə 64, No– 3, maddə 219, No– 11, maddə 933, No– 12, maddələr 1006, 1017, 1029) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddədə:
1.1. ikinci hissə çıxarılsın;
1.2. üçüncü və dördüncü hissələr müvafiq olaraq ikinci və üçüncü hissələr hesab edilsin.
2. 9-cu maddənin ikinci hissəsində “1-3-cü bəndlərində və” sözləri “2-ci və 3-cü bəndlərində,” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun 2007-cı il
No– 386-IIIQD
Fayl şəklində yüklə

