"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No– 22, Əlavə, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No– 3, maddə 133, No– 5, maddə 312) 94-cü maddəsinin birinci abzasının birinci cümləsində “ən ciddi hərbi sirr kimi” sözləri “məxfi” sözü ilə əvəz edilsin.
II. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No– 22, Əlavə, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No– 5, maddə 312, No– 6, maddə 415) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddədə, 69-cu maddənin altıncı abzasında, 116-cı və 126-cı maddələrin yeddinci abzaslarında “hərbi və dövlət sirlərini” sözləri “dövlət sirrini” sözləri ilə əvəz edilsin.
2. 4-cü maddənin üçüncü hissəsindən “və ya hərbi sirri” sözləri çıxarılsın.
3. 138-ci maddənin altıncı abzasından “hərbi sirri və” sözləri çıxarılsın.
4. 331-ci maddədə “hərbi sirri” sözləri “dövlət sirrini” sözləri ilə əvəz edilsin.
5. 348-ci maddənin altıncı abzasında “hərbi sirrin” sözləri “dövlət sirrinin” sözləri ilə əvəz edilsin.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun 2007-cı il
No– 387-IIIQD
Fayl şəklində yüklə

