"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 2, maddə 107; 1999-cu il, No– 5, maddə 284; 2000-ci il, No– 6, maddə 380, No– 12, maddələr 832, 834; 2003-cü il, No– 2, maddə 77; 2004-cü il, No– 5, maddə 314; 2006-cı il, No– 1, maddə 3, No– 5, maddə 396, No– 12, maddə 1005) 39-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsindən “hərbi,” sözü çıxarılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun 2007-ci il
No– 388-IIIQD
Fayl şəklində yüklə

