Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 4, II kitab, maddə 251, No– 5, maddə 323, No– 12, maddə 835; 2001-ci il, No– 1, maddə 24, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddələr 236, 248, 258, No– 6, maddə 326, No– 8, maddə 465; 2003-cü il, No– 6, maddələr 276, 279, No– 8, maddələr 424, 425, No– 12, I kitab, maddə 676; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 200, No– 5, maddə 321, No– 8, maddə 598, No– 10, maddə 762, No– 11, maddə 900; 2005-ci il, No– 1, maddə 3, No– 6, maddə 462, No– 7, maddə 575, No– 10, maddə 904, No– 11, maddə 994; 2006-cı il, No– 2, maddələr 71, 72, 75, No– 5, maddə 390, No– 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, No– 2, maddə 68, Azərbaycan Respublikasının 2007-ci il 27 fevral tarixli 251-IIIQD nömrəli, 17 aprel tarixli 313-IIIQD, 320-IIIQD nömrəli, 31 may tarixli 357-IIIQD nömrəli Qanunları) aşağıdakı məzmunda 200-1-ci maddə əlavə edilsin:

Maddə 200-1. Dərman vasitələrinin qanunsuz dövriyyəsi

200-1.1. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə şərti maliyyə vahidinin üç min mislindən beş min mislinədək  miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
200-1.2. Eyni əməllər:
200-1.2.1. təkrar törədildikdə;
200-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

200-1.2.3. külli miqdarda törədildikdə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
200-1.3. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək  müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
200-1.4. Bu Məcəllənin 200-1.3-cü maddəsində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:
Bu Məcəllənin 200-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdar, 200-1.2.3-cü maddəsində isə “külli miqdar” dedikdə şərti maliyyə vahidi məbləğinin iki min mislindən artıq olan miqdar başa düşülür.”.

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, I kitab, maddə 584; 2001-ci il, No–1, maddə 24, No–3, maddə 139, No– 7, maddə 455, No–11, maddələr 680, 698, No–12, maddə 731; 2002-ci il, No– 1, maddə 9, No–4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No–12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, No– 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No– 1, maddələr 6, 7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No– 6, maddə 397, No– 8, maddələr 596, 597, No– 10, maddələr 762; 779, No– 11, maddə 900, No– 12, maddə 973; 2005-ci il, No– 1, maddələr 5, 6, No– 2, maddə 61,  No– 4, maddələr 272, 273, 275, 278, No–6, maddələr 462, 466, No–7, maddə 576, No–8, maddələr 691, 692, No–10, maddələr 875, 877, 904, No– 11, maddələr 993, 994, 995, No–12, maddələr 1083, 1085; 2006-cı il, No– 2, maddələr 64, 68, No–3, maddələr 219, 220, 223, 225, No–5, maddə 385, No– 6, maddə 478, No–11, maddələr 923, 924, 932, No–12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No– 1, maddələr 3, 4, No– 2, maddələr 65, 68, Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli 236-IIIQD nömrəli, 27 fevral tarixli 251-IIIQD nömrəli, 6 mart tarixli 260-IIIQD nömrəli, 17 aprel tarixli 313-IIIQD, 317-IIIQD, 320-IIIQD nömrəli, 1 may tarixli 322-IIIQD nömrəli və 31 may tarixli 357-IIIQD nömrəli Qanunları) aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. Aşağıdakı məzmunda 68-4-cü maddə əlavə edilsin:

“Maddə 68-4. Dərman vasitələri haqqında qanunvericiliyin pozulması

68-4.1. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə -
inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə onun dəyərinin səksən faizindən yüz faizinədək miqdarda cərimə edilir.
68-4.2. Dərman vasitələrinin reklam edilməsinə görə -
vəzifəli şəxslər şərti maliyyə vahidinin doxsan misli miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidinin üç yüz misli miqdarında cərimə edilir.
Qeyd: bu maddədə “az miqdar” dedikdə şərti maliyyə vahidi məbləğinin min mislinədək olan miqdarı başa düşülür.”;

2. 230.2-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:
“230.2. Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə -”;

3. 360.1-ci maddədə “68-3” rəqəmindən sonra “68-4” rəqəmi əlavə edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2007-ci il
No– 391-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU