"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
“Sosial müavinətlər haqqında” Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No– 2, maddə 76) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 1.0.2-ci maddədə:
1.1. “o cümlədən 16 yaşınadək əlil” sözləri “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə, hər iki halda “uşaqlıqdan əlil” sözləri hər iki halda “sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilsin;
1.2. “, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla)” sözləri “(əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları” sözləri ilə əvəz edilsin.
2. 4.0.1.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;”.
3. 4.0.2.1-ci maddədə “qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş” sözləri “qəzası nəticəsində zərər çəkmiş” sözləri ilə əvəz edilsin.
4. 7.0.1-ci maddədə “(5 il)” sözlərindən sonra “və əmək pensiyası almaq hüququna” sözləri əlavə edilsin.
5. 7.0.3-cü, 9.1.2-ci və 11.1.3-cü maddələrdən “( 16 yaşınadək əlil uşaqlar daxil olmaqla)” sözləri çıxarılsın.
6. Qanuna aşağıdakı məzmunda 7.0.4-cü maddə əlavə edilsin:
“7.0.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda;”.
7. 7.0.4 – 7.0.12-ci maddələr müvafiq olaraq 7.0.5 – 7.0.13-cü maddələr hesab edilsin.
8.7.0.9-cu maddədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildikdə” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda” sözləri ilə əvəz edilsin.
9. 7.0.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“7.0.11. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - şəxsin radiasiya qəzası nəticəsində əlil olduğunu və Çernobıl ƏS qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən müvafiq icra hakimiyyəti orqanının arayışı təqdim edildikdə;”.
10. 9.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:”.
11. Qanuna aşağıdakı məzmunda 9.1.3-cü maddə əlavə edilsin:
“9.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət – 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə;”.
12. 9.1.3 – 9.1.8-ci maddələr müvafiq olaraq 9.1.4 – 9.1.9-cu maddələr hesab edilsin.
13. 9.1.4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“9.1.4.2. vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına - əlillik müddətinə;”.
14. 9.2-ci maddədə “qəzasının ləğvində iştirak etmiş və həmin qəza” sözləri “qəzası” sözləri ilə, “əlillik” sözləri “əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu” sözləri ilə əvəz edilsin.
15. 10.2-ci maddədə “7.0.11-ci, 9.1.3.1-ci, 9.1.3.2-ci, 9.1.5-ci, 9.1.6-cı və 9.1.8-ci” sözləri müvafiq olaraq “7.0.12-ci, 9.1.4.1-ci, 9.1.4.2-ci, 9.1.6-cı, 9.1.7-ci və 9.1.9-cu” sözləri ilə əvəz edilsin.
16. Qanuna aşağıdakı məzmunda 10.8-ci maddə əlavə edilsin:
“10.8. Müavinət alan şəxsə verilməli olan və onun ölümü ilə əlaqədar alınmamış müavinət məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir.”.
17. Qanuna aşağıdakı məzmunda 11.1.4-cü maddə əlavə edilsin:
“11.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda;”.
18. 11.1.4 – 11.1.6-cı maddələr 11.1.5 – 11.1.7-ci maddələr hesab edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2007-ci il
No– 419-IIIQD
Fayl şəklində yüklə

