Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibinə əlavələr edilməsi haqqında

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikası Milli Məclisinin
parlamentlərarası əlaqələr üzrə işçi qruplarının
tərkibinə əlavələr edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları parlamentlərarası əlaqələr üzrə mövcud işçi qruplarının tərkibinə daxil edilsinlər:

Sabir Kamal oğlu Hacıyev – Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu;
Ziyad Əliabbas oğlu Səmədzadə – Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupu;
Nizami Zaman oğlu İsgəndərov, Rövşən Şükür oğlu Rzayev – Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupu;
Qənirə Ələsgər qızı Paşayeva – Azərbaycan-Misir  və Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupları;
Hadi Musa oğlu Rəcəbli – Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu;
Vahid Qazməmməd oğlu Əhmədov, Aydın Xanhüseyn oğlu Həsənov, Nizami Zaman oğlu İsgəndərov, Cavid Qənbər oğlu Qurbanov – Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu.


Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov

Bakı şəhəri, 27 fevral 2007-ci il
No– 249-IIIQR


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU