"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" və "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 180-IIIQD nömrəli Qanununun II hissəsinə “yanvarın 1-dən” sözlərindən sonra “, onun I hissəsinin 8-ci bəndi isə 2007-ci il martın 15-dən” sözləri əlavə edilsin.

II. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 182-IIIQD nömrəli Qanununun III hissəsində “yanvarın 1-dən” sözləri “martın 15-dən” sözləri ilə əvəz edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2007-ci il
No– 235-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU