"Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No–5, maddə 354; 2001-ci il, No–12, maddə 736; 2002-ci il, No–5, maddə 241; 2003-cü il, No–1, maddə 7; 2005-ci il, No–11, maddə 997) 28-ci maddəsinə aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. dördüncü hissədə “orijinal və super elit toxumların“ sözləri “orijinal, super elit və elit toxumların” sözləri ilə əvəz edilsin;

2. maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə olunsun və beşinci və altıncı hissələr müvafiq olaraq altıncı və yeddinci hissələr hesab edilsin:

“Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiya ödənilir. Subsidiyanın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2007-ci il
No– 238-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU