Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə əlavə edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8 (II kitab), maddə 585; 2001-ci il, N 7, maddə 455; 2002-ci il, N 1, maddə 9, N 5, maddə 233, N 8, maddə 463; 2003-cü il, N 6, maddə 276; 2004-cü il, N 5, maddə 321, N 7, maddə 505; Azərbaycan Respublikasının 2004-cü il 11 iyun tarixli 688-IIQD nömrəli, 7 sentyabr tarixli 731-IIQD nömrəli, 12 oktyabr tarixli 770-IIQD nömrəli qanunları) aşağıdakı məzmunda 215.9-cu maddə əlavə edilsin:
"215.9. Bu Məcəllənin tələblərinə uyğun olaraq başlanmış cinayət işi üzrə istintaq aparan orqanın səlahiyyətinə aid olmayan cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin əlamətləri sonradan aşkar edildikdə, toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda cinayət təqibinin səmərəliliyini və istintaq müddətlərinə riayət olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı ilə istintaqın davam etdirilməsi həmin orqana həvalə edilə bilər."
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2004-cü il

