"Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 7; 2004-cü il, No– 2, maddə 57, No– 3, maddə 133; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli 161-IIIQD nömrəli və 29 dekabr tarixli 220-IIIQD nömrəli qanunları) 40-cı maddəsinin ikinci hissəsi çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 fevral 2007-ci il
No– 244-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU