2006-cı il dekabrın 22-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş "Bağ təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları barədə

Qərarlar      Paylaşın:        

2006-cı il dekabrın 22-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Bağ təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları barədə

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I

Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2006-cı il dekabrın 22-də qəbul edilmiş “Bağ təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununu imzalamadan 2007-ci il fevralın 6-da öz etirazları ilə Milli Məclisə qaytarmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə əsaslanaraq, Milli Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin qaytardığı “Bağ təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununu 2007-ci il fevralın 7-də Milli Məclisin Aqrar siyasət daimi komissiyasının rəyinə göndərmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin adı çəkilən daimi komissiyası 2007-ci il fevralın 16-da keçirdiyi iclasda bu məsələyə baxaraq qərara almışdır ki, Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Milli Məclisə “Bağ təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifini qəbul etmək təklif olunsun.
Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Bağ təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifi qəbul edilsin.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov

Bakı şəhəri, 27 fevral 2007-ci il
No– 250-IIIQR


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU