"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, N17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N3, maddə 226, N 5, maddə 379; 2001-ci il, N11, maddələr 676, 683; 2004-cü il N 6, maddə 397) 12-ci maddəsinin beşinci hissəsindən "vəkilliyi," və "məsləhətxanaları," sözləri çıxarılsın.
II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il , N 8 (I kitab), maddə 584; 2001-ci il, N 1, maddə 24, N 3, maddə 139, N 7, maddə 455, N 11, maddələr 680, 698, N 12, maddə 731; 2002-ci il, N1, maddə 9, N 4 (I kitab), maddə 165, N 5, maddələr 234, 237, 239, N 6, maddə 326, N 8, maddə 463, N 12, maddə 692; 2003-cü il, N 1, maddələr 3, 13, 23, N 4, maddələr 177, 178, N 5, maddə 228, N 6, maddələr 257, 276, 279, N 8, maddələr 407, 425, N 12 (I kitab), maddələr 676, 696, (II kitab), maddələr 713, 714; 2004-cü il, N 1, maddələr 6, 7, 10, 11, N 4, maddələr 200, 201, 204, N 5, maddələr 313, 314, 317, 321, N 6, maddə 397; N 8, maddə 597, Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli 732-IIQD nömrəli, 10 sentyabr tarixli 752-IIQD nömrəli, 26 oktyabr tarixli 781-IIQD nömrəli qanunları) aşağıdakı əlavə və dəyişiklik edilsin:
1. Məcəlləyə aşağıdakı məzmunda 199-1-ci maddə əlavə edilsin:
"Maddə 199-1. Vəkil adından qanunsuz istifadə
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə -
fiziki şəxslər şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilirlər.".
2. 375.6-cı maddədə "hüquq məsləhətxanası və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hüquqi yardımın göstərilməsi fəaliyyəti ilə məşğul olan digər təşkilat" sözləri "vəkil qurumları" sözləri ilə əvəz edilsin.
III. Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2004-cü il
N 813-IIQD

