"Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Azərbaycan SSR-in Dövlət bayra?ı haqqında Əsasnaməyə əlavə edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-c? il 23 avqust tarixli 1777-X nömrəli Fərmanının q?vvədən d?şm?ş hesab edilməsi və Azərbaycan Respublikasının ınzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
"Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnaməyə əlavə edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 23 avqust tarixli 1777-X nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I."Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnaməyə əlavə edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 23 avqust tarixli 1777-X nömrəli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984-cü il, N 16, maddə 140) qüvvədən düşmüş hesab edilsin.
II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8, I kitab, maddə 584; 2001-ci il, N 1, maddə 24, N 3, maddə 139, N 7, maddə 455, N 11, maddələr 680, 698, N 12, maddə 731; 2002-ci il, N 1, maddə 9, N 4, I kitab, maddə 165, N5, maddələr 234, 237, 239, N 6, maddə 326, N 8, maddə 463, N 12, maddə 692; 2003-cü il, N 1, maddələr 3, 13, 23, N 4, maddələr 177, 178, N 5, maddə 228, N 6, maddələr 257, 276, 279, N 8, maddələr 407, 425; N 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, N 1, maddələr 6, 7, 10, 13; N 4, maddələr 200, 201, 204; N 5, maddələr 313, 314, 317, 321; N 6, maddə 397; N 8, maddə 597; Azərbaycan Respublikasının 2004-cü il, 7 sentyabr tarixli 732-IIQD nömrəli, 10 sentyabr tarixli 752-IIQD nömrəli, 28 sentyabr tarixli 765-IIQD və 26 oktyabr tarixli 781-IIQD nömrəli qanunları) aşağıdakı məzmunda 341-1-ci maddə əlavə edilsin:
"Maddə 341-1. Azərbaycan Respublikası dövlət bayrağının
qanunvericiliyin tələblərinə zidd
istifadəsi
Azərbaycan Respublikası dövlət bayrağının qanunvericiliyin tələblərinə zidd istifadəsinə görə -
vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yetmiş mislindən doxsan mislinədək miqdarda cərimə edilir.".
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2004-cü il

