"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 7, maddə 452, No– 12, maddə 731; 2002-ci il, No– 12, maddə 706; 2005-ci il, No– 10, maddə 902; 2006-cı il, No– 11, maddə 927; 2007-ci il, No– 1, maddələr 1, 4,  No– 2, maddə 82) 24.2-ci və 27.2-ci maddələrində “Naxçıvan Muxtar Respublikasının prokuroruna” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroruna” sözləri əlavə edilsin. 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2007-ci il
No– 340-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU