"Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No–7, maddə 390; 2002-ci il, No–5, maddə 241; 2003-cü il, No–1, maddələr 11, 13; 2006-cı il, No–6, maddə 478, No–8, maddə 657; 2007-ci il, No–1, maddə 3) 4-cü maddəsinin birinci hissəsinin dördüncü abzasında “girov haqqında” sözləri “ipoteka haqqında” sözləri ilə, “girov (ipoteka)” sözləri “ipoteka” sözü ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2007-ci il
No– 342-IIIQD
Fayl şəklində yüklə

