Azərbaycan Respublikasının Ağdam və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Ağdam və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r :

I. Azərbaycan Respublikasının Ağdam və Tərtər rayonlarının inzibati sərhədlərində əlavə edilmiş xəritələrə uyğun olaraq aşağıdakı dəyişikliklər edilsin:

Ağdam rayonunun inzibati ərazisindən 283.3 ha (Nəmirli kənd inzibati ərazi dairəsi tərkibindəki Nəmirli kəndinin ərazisindən 203.8 ha və Güllücə kənd inzibati ərazi dairəsi tərkibindəki Tağıbəyli kəndinin ərazisindən 80 ha) Tərtər rayonunun inzibati ərazisinə (Qapanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qazyan kəndinin ərazisinə 144.5 ha, Səhləbad kənd inzibati ərazi vahidi tərkibindəki Səhləbad kəndinin ərazisinə 58.8 ha və Hüsənli kənd inzibati ərazi vahidi tərkibindəki Hüsənli kəndinin ərazisinə 80 ha) verilsin.

Tərtər rayonunun inzibati ərazisindən 283.3 ha (Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Azad Qaraqoyunlu kəndinin ərazisindən 78.5 ha, Qapanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qazyan kəndinin ərazisindən 100 ha, Səhləbad kənd inzibati ərazi vahidi tərkibindəki Səhləbad kəndinin ərazisindən 58.8 ha və Hüsənli kənd inzibati ərazi vahidi tərkibindəki Hüsənli kəndinin ərazisindən 46 ha) Ağdam rayonunun inzibati ərazisinə (Nəmirli kənd inzibati ərazi dairəsi tərkibindəki Nəmirli kəndinin ərazisinə) verilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2007-ci il
No– 343-IIIQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU