Azərbaycan Respublikasının Bərdə rayonunun bəzi ərazi vahidlərinin adlarının dəqiqləşdirilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Bərdə rayonunun bəzi ərazi vahidlərinin adlarının dəqiqləşdirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :

I. Azərbaycan Respublikasının Bərdə rayonunun aşağıdakı ərazi vahidlərinin adları dəqiqləşdirilsin:

Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Cimcimli kəndi Cicimli kəndi, Hacıalılı kəndi İkinci Hacallı kəndi  adlandırılsın.

Mehdili kənd inzibati ərazi dairəsi tərkibindəki Xanagahlı kəndi Xanağalı kəndi  adlandırılsın.

Mirzəcəfərli kənd inzibati ərazi dairəsi tərkibindəki Qarahacı kəndi Qarağacı kəndi  adlandırılsın.

Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Nəzirli kəndi İkinci Nazırlı kəndi  adlandırılsın.

Zümürxaç kənd inzibati ərazi dairəsi tərkibindəki Zümürxaç kəndi Zümürxan kəndi, Zümürxaç kənd inzibati ərazi dairəsi Zümürxan kənd inzibati ərazi dairəsi adlandırılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2007-ci il
No– 344-IIIQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU